Bank Of Baku

Oktyabrda «Aqua-therm Baku 2010» sərgisi keçiriləcək

Oktyabrda «Aqua-therm Baku 2010» sərgisi keçiriləcək
# 17 may 2010 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 20-23-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda «Aqua-therm Baku 2010» sərgisi keçiriləcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sərgi inşaat sərgisinə («BakuBuild») paralel keçiriləcək. «Aqua-therm Baku 2010» sərgisində inşaat və HVAC (istilik, ventilyasiya, kondissiyalaşdırma, sanitariya texnikası və su təchizatı) kimi intensiv inkişafa malik iki sektorun təmsilçiləri iştirak edəcək.
Qeyd edək ki, «Aqua-therm» sərgisi hər il Ukrayna, Qazaxıstanda və keçən ildən başlayaraq Azərbaycanda da keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR