Bank Of Baku

Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların həcmi yanvar-aprel aylarında 9% artıb

Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların həcmi yanvar-aprel aylarında 9% artıb
# 17 may 2010 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın istehlak bazarında ölkə əhalisinə 5 423,6 mln. manatlıq və ya 2009-cu ilin müvafiq dövründəkindən 8,7% çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 72,1%-i ticarət fəaliyyəti, 27,9%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.

Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 89,1%-i özəl müəssisələr hesabına əldə edilib, bu müəssisələr tərəfindən əhaliyə 5 021,9 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Belə ki, ticarət və xidmət şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 152,3 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. Adambaşına düşən əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin 141 manatı (92,6%-i) özəl müəssisələrdə reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR