Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət və iaşə müəssisələrində əhaliyə satılan malların həcmi yanvar-aprel aylarında 8% artıb

Azərbaycanın pərakəndə ticarət və iaşə müəssisələrində əhaliyə satılan malların həcmi yanvar-aprel aylarında 8% artıb
# 17 may 2010 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə müəssisələrində əhaliyə 4 098,7 mln. manatlıq və ya 2009-cu ilin eyni dövründəkindən 8,2% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 99,6%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib. Özəl sektorun müəssisələri üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 8,2% artaraq 4,068 mlrd. manat olub.

Bununla yanaşı, 2010-cu ilin yanvar-aprel aylarında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 2,7%-ni iaşə müəssisələrinin dövriyyəsi təşkil edib. Dörd ay ərzində əhaliyə 111,2 mln. manatlıq və ya 2009-cu ilin müvafiq dövründəkindən 16,2% çox iaşə xidmətləri göstərilib. Özəl iaşə müəssisələri üzrə dövriyyənin real həcmi 18,3% artaraq 107,8 mln. manat olub.

İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3 987,5 mln. manatlıq və ya 8% çox əmtəə satılıb.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 95%-i pərakəndə ticarət müəssisələrinin, 5%-i iaşə müəssisələrinin fəaliyyəti sayəsində təmin edilib.

Eyni zamanda, hesabat dövründə ticarət şəbəkəsindən hər bir ölkə sakini hər ay orta hesabla 115,1 manatlıq və ya 2009-cu ilin eyni dövrü ilə müqayisədə 10,8 manat çox müxtəlif istehlak malları alıb. Artım ticarət müəssisələrində 8,4 manat, bazar və yarmarkalarda isə 2,4 manat təşkil edib.

Bundan başqa, 2010-cu ilin yanvar-aprel aylarında əhaliyə satılmış ərzaq mallarının həcmi 7,1% artaraq 2 701,5 mln. manat, qeyri-ərzaq mallarının həcmi isə 11,5% artaraq 1 397,2 mln. manat olub. Hesabat dövründə hər ay orta hesabla adambaşına satılmış ərzaq mallarının həcmi 75,9 manata, qeyri-ərzaq mallarının həcmi 39,2 manata çataraq, əvvəlki ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 6,6 manat və 4,2 manat üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR