Bank Of Baku

Tokioda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib

Tokioda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib
# 18 may 2010 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tokioda (Yaponiya) Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının VI iclası çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Yaponiya–Azərbaycan investisiya forumu keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Yaponiya tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bankçılıq, turizm, ticarət, əczaçılıq, tikinti, sənaye, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

İnvestisiya forumunda komissiyanın həmsədrləri Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və «Itochu» Korporasiyasının prezidenti Akiro Yokota çıxış ediblər.

Tədbirdə Azərbaycanı təmsil edən dövlət rəsmiləri ölkənin iqtisadi potensialı, o cümlədən alternativ və bərpa olunan enerji resursları, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm və digər sahələrin inkişaf perspektivləri, «Azpromo»nun prezidenti Adil Məmmədov isə Azərbaycanın biznes imkanları və investisiya mühiti ilə bağlı təqdimatlarla çıxış edib.

Forumun rəsmi hissəsindən sonra iş adamları arasında işgüzar görüşlər keçirilib. Görüşlərdə sahibkarlar arasındakı mövcud əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR