Bank Of Baku

Bakıda rumıniyalı sahibkar qadınlarla görüş keçirilib

Bakıda rumıniyalı sahibkar qadınlarla görüş keçirilib
# 19 may 2010 09:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan rumıniyalı sahibkar qadınlarla görüş keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan müstəqillik qazındıqdan sonra ölkədə qadın sahibkarlığı sürətlə inkişaf edib və sahibkarlıq sahəsində qadınların sayı gündən-günə artmaqda davam edir: “Bugünkü görüş rumıniyalı sahibkar qadınlarla Azərbaycanın işgüzar qadınlarının əməkdaşlığının inkişafına yönəlib və biz komitə olaraq bu sahədə dəstək verməyə hazırıq”.

Türkiyə-Rumıniya İşbirliyi Assosiasiyası ilə birgə təşkil edilən tədbir tanışlıq xarakteri daşıyıb və Azərbaycanın sahibkar xanımları ilə işbirliyinin yaradılması imkanlarının müzakirəsinə həsr edilib. Nümayəndə heyətində “C&C” turizm şirkətinin baş direktoru Bingül Şenuya, Rumıniya Deputatlar Palatasının müşaviri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Luminitsa Georgiu, “İngi” maliyyə məsləhətxanasının baş direktoru İnci Abdulla, “Excellent Mariaj” şirkətinin baş direktoru Alev Gunduru və şirkətin ticarət müdiri Dilek Güclüler təmsil olunur.

Tədbirdə çıxış edən B.Şenuya Türkiyədə də digər ölkələrdə olduğu kimi, qadın sahibkarlığının inkişafında maneələrin olduğunu, gənc qız uşaqlarının erkən ailə həyatı qurması və ana olması halları mövcud olduğunu və bunun qadınların güclənməsinə mənfi təsir göstərdiyini bildirib: “Lakin bu halların qarşısının alınması üçün müxtəlif kampaniyalar aparılır və düşünürük ki, Türkiyənin bu sahədə Azərbaycana örnək olması gərəkdir, amma bəzi hallarda Azərbaycan da Türkiyəyə örnək olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR