Bank Of Baku

Gəncədə yüzlərlə saxta spirtsiz içki və mineral sular satışdan çıxarılıb

Gəncədə yüzlərlə saxta spirtsiz içki və mineral sular satışdan çıxarılıb
# 19 may 2010 10:20 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Havaların isti keçməsi ilə əlaqədar insanların spirtsiz içkilərə və mineral sulara olan tələbatı artıb.

APA-nın Qərb bürosunun məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Ərazi Nəzarət İdarəsi asan qazanc əldə etmək məqsədilə saxta üsullarla hazırlanıb dövriyyəyə buraxılan mineral suların aşkarlanması üçün reyd keçirib.

Reyd və monitorinqlər zamanı məlum olub ki, istehlak bazarında normativ texniki sənədlərə cavab verməyən və insan sağlamlığı üçün zərərli məhsulların sayı çoxdur.

2 saylı Ərazi Nəzarət İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, reyd zamanı Gəncədə fəaliyyət göstərən mağazalarda yüzlərlə mənşəyi bəlli olmayan spirtsiz içkilər aşkar edilərək satışdan çıxarılıb. Satışı həyata keçirən dükan sahiblərinə komitə əməkdaşları tərəfindən iradnamə və tələbnamələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR