Bank Of Baku

Bakıda beynəlxalq qida sənayesi sərgisi işə başlayıb

Bakıda beynəlxalq qida sənayesi sərgisi işə başlayıb
# 19 may 2010 11:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sərgiyə 19 ölkədən 85-ə yaxın şirkət qatılıb.

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc bu tip sərgilərin şirkətlərin öz məhsul və xidmətlərini tanıtdırma baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir Türkiyə şirkətlərinin müxtəlif sahələrdə olduğu kimi, qida sənayesində də yaxından əməkdaşlıq etdiyini deyib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev isə Azərbaycanda biznesin inkişafı istiqamətində keçirilən tədbirlərdən danışıb. Artıq bir sıra Azərbaycan şirkətlərinin öz məhsullarını dünya bazarlarına çıxardıqlarını vurğulayıb.

«Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov isə bildirib ki, 3 gün davam edəcək sərgiyə qatılacaq şirkətlərin 60%-i yerli şirkətlərdir. Dünyada davam edən iqtisadi böhrana baxmayaraq, bu il də sərginin ekspozisiya sahəsi ötən ilki səviyyədə saxlanılıb.

Qeyd edək ki, sərgidə iştirak edən şirkətlər arasında Azərbaycanın CPC, «Gilan», «Unikal», «Azqida», «Gəmiqaya Holdinq», «Şurabad Broyler», həmçinin «PIM» (Bolqarıstan), «Roqaçevski Süd Kombinatı» (Belarus), «Platenhardt+Wirth GmbH.» (Almaniya), «ABP» və «Akmaya» (Türkiyə) və s. şirkətlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR