Bank Of Baku

Qazaxıstanın Manqistau vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Qazaxıstanın Manqistau vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 19 may 2010 11:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Qazaxıstanın Manqistau vilayətinin nümayəndə heyəti Azərbaycana səfər gəlib. APA-nın məlumatına görə, nümayəndə heyətinə vilayətin hakimi Krımbek Kuşerbayev rəhbərlik edir. Artıq səfər çərçivəsində Yeni Azərbaycana Partiyasının icra katibi Əli Əhmədovla “Nur Otan” Xalq Demokratik Partiyasının Manqistau vilayət üzrə regional təşkilatı sədrinin birinci müavini Jaumbay Karayevin görüşü keçirilib. Nümayəndə heyəti həmçinin “Xəzər qızılbalıq” MMC-nin baş direktoru Tahir Həsənov, “Eurasian LLC”nin direktoru Rafət Əliyevlə görüşüblər. Görüşlərdə balıqçılıq təsərrüfatının inkişafı məsələləri müzakirə olunur. Bu gün nümayəndə heyəti həmçinin Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevlə də görüşəcək. Sabah nümayəndə heyətinin sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Əliyev, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Səyavuş Qarayevlə görüşü nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR