Bank Of Baku

Telman İsmayılov Moskvada yeni torpaq sahəsi alıb

Telman İsmayılov Moskvada yeni torpaq sahəsi alıb
# 20 may 2010 11:00 (UTC +04:00)
APA-Economics”in “RBK daily”yə istinadən məlumatına görə, torpaq sahəsi Rusiya Xarici Kəşfiyyat Xidmətinin mənzil-qərargahının qonşuluğunda yerləşir.

T.İsmayılov Moskva ətrafındakı Lenin rayonunda yerləşən 36 hektarlıq ərazini “Rusaqro” qrupunun sahibi Vadim Moşkoviçin tabeliyində olan “Masştab” şirkətindən alıb. Alqı-satqı prosesi azərbaycanlı iş adamına 60 mln. dollara başa gəlib.

Bəzi ekspertlərin fikrincə, T.İsmayılov burada nəhəng bazar və ya müasir ticarət mərkəzi tikəcək. Amma əksini düşünənlər də var. Onlar hesab edirlər ki, Xarici Kəşfiyyat Xidməti qonşuluğunda səs-küylü obyektin tikintisinə icazə verməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR