Bank Of Baku

İyunda Bakı Türkiyə şirkətlərinin iştirakı ilə iki ixtisaslaşmış sərgi keçiriləcək

İyunda Bakı Türkiyə şirkətlərinin iştirakı ilə iki ixtisaslaşmış sərgi keçiriləcək
# 20 may 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Türkiyənin «Meridyen Fuarçılık» beynəlxalq sərgi şirkəti bu ilin iyun ayında Bakıda bir neçə sərgi keçirməyi planlaşdırır.

«Insight Promotions» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təşkilatçılar sırasında «Meridyen Fuarçılık»dan əlavə DTM (Xarici Ticarət Müstəşarlığı), OTİAD (Osmanbəy Türk İş Adamları Birliyi), TMHGF (Türkiyə Moda və Hazır Geyim Federasiyası) və LASİAD (Laleli Sənaye İş Adamları Dərnəyi) kimi təşkilatlar da var.

İlk olaraq iyunun 17-20-də 50-dən çox Türkiyə şirkətinin qatılacağı «Türk Makina və Türk İnşaat sərgisi» keçiriləcək. Sərgidə müxtəlif dəzgahlar, inşaat və tikinti materialları, son Avropa texnologiyalarının tətbiq olunduğu aparatlar və bu sahəni əhatə edən digər məhsullar nümayiş olunacaq.

Həmçinin, iyunun 25-27-də «İstanbul Fashion Show» moda sərgisi keçiriləcək. Sərgidə 50-dən çox türk şirkətinin geyim və tekstil nümunələri nümayiş olunacaq.

Xatırladaq ki, «İstanbul Fashion Show» sərgisi ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Bu sərgidə qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar nümayiş etdiriləcək.

Hər iki sərgilər Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR