Bank Of Baku

Gələn həftə Azərbaycan paytaxtında yeni iri alış-veriş mərkəzi açılacaq

Gələn həftə Azərbaycan paytaxtında yeni iri alış-veriş mərkəzi açılacaq
# 20 may 2010 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 28-də Bakıda dənizkənarı parkda «Park Bulvar» avlış-veriş mərkəzi fəaliyyətə başlayacaq.

«Park Bulvar»dan «APA-Economics»ə verilən məlumata görə, 4 mərtəbədən ibarət olan alış-veriş mərkəzinin ümumi sahəsi 48 min kv. metr təşkil edir. Burada «MANGO», «Adidas», «Nike», «Benetton», «Bebe», «Sisley», «Shakh», «Debenhams» və digər tanınmış brendlərin dükanları fəaliyyət göstərəcək.

Eyni zamanda, mərkəzdə «Baskin Robbins», «Kebab Park», «Sultan’s», «La Vita Cafe» restoranları, həmçinin boulinq, kinoteatr, supermarket, kimyəvi təmizləmə, ayaqqabı təmiri kimi obyektlər də xidmət göstərəcək.

Bununla yanaşı, «Park Bulvar» mərkəzində 550 avtomobil üçün nəzərdə tutulmuş parkinq yeri fəaliyyət göstərəcək.

Qeyd edək ki, mərkəzin inşasını «Innova Construction & Contracting» şirkəti tərəfindən aparılıb və tikinti işlərinə 2006-cı ildə start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR