Bank Of Baku

Saxlama müddəti ötmüş 520 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 520 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 20 may 2010 16:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakıda və regionlarda keçirdiyi monitorinqlər zamanı mağazalarda keyfiyyətsiz və vaxtı ötmüş malların satışını aşkarlayıb.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, Bakının 9 rayonu ilə yanaşı, regionlarda yerləşən mağazalarda keçirilən reyd zamanı ümumi çəkisi 520 kiloqramdan artıq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, süd və süd məhsulları, yağlar, un məmulatları, sərinləşdirici içkilər, uşaq yeməkləri, meyvə şirələri, alkoqollu içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR