Bank Of Baku

Azərbaycanda Rusiya istehsalı olan keyfiyyətsiz ət konservləri satışdan yığışdırılıb

Azərbaycanda Rusiya istehsalı olan keyfiyyətsiz ət konservləri satışdan yığışdırılıb
# 21 may 2010 07:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkəyə idxal olunmuş 1 tona yaxın ət konservləri satışdan çıxarılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Rusiyanın «Oryol Produkt» QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 2A ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş 525 qramlıq «Tuşenaya Qovyadina» ət konservlərinin tərkibində toksiki elementlərin normadan artıq olduğu aşkar edilib və bununla əlaqədar bu malların idxalçıları olan «Sham-Fi International Traiding Company» MMC, «Kompas» MMC və «Şahin» MMC-yə insan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı icrası məcburi göstəriş verilib. İndiyədək idxalçılar tərəfindən 1 tona yaxın «Tuşenaya Qovyadina» ət konservlərinin ticarət şəbəkəsindən çıxarılması təmin edilib.

Bundan başqa, Dövlət Xidmətinin nəzarət tədbirləri nəticəsində «Oryol Produkt» QSC-nin istehsalı olan 500 kiloqramdan çox ət konservləri satışdan çıxarılıb, şirkətin müxtəlif tarixlərdə istehsal etdiyi məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində bu məhsulların da tərkibində toksiki elementlərin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Eyni zamanda Dövlət Xidməti tərəfindən «Oryol Produkt» QSC-də istehsal olunmuş və ticarət şəbəkələrində satışda olan mal və toyuq ciyərindən hazırlanmış paştetlərin laborator müayinəsi aparılıb və onların tərkibində toksiki elementlərin miqdarının normadan artıq olduğu aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Rusiyanın «Oryol Produkt» QSC-nin istehsal etdiyi və Azərbaycana idxal edilən heyvan mənşəli ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin daha da gücləndirilməsi üçün müvafiq dövlət orqanları ilə birlikdə tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR