Bank Of Baku

«Azersun Holding» talassemiyalı uşaqlar üçün qanvermə aksiyasına başlayıb

«Azersun Holding» talassemiyalı uşaqlar üçün qanvermə aksiyasına başlayıb
# 21 may 2010 15:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Azersun Holding» talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyasına başlayıb.
Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, aksiyaya «Azersun Holding»in tərkibində fəaliyyət göstərən müəssisələrin 800-ə qədər əməkdaşı qatılıb.
Aksiyada iştirak edən «Azersun Holding»in idarə heyətinin sədri Abdolbari Goozal aksiyanın artıq ənənəyə çevrildiyini və 4 ildir təşkil olunduğunu vurğulayıb: «Mən bəzən rastlaşdığım insanlardan indiyə qədər nə yaxşılıq etdiyini soruşuram. Bəziləri deyir ki, mənim maddi imkanım yaxşı olmayıb. Lakin düşünürəm ki, Allah bütün insanlara yaxşılıq etmək üçün imkan verib. Bu, insanın öz qanı ilə başqasına həyat vermək imkanıdır. Bundan qiymətli heç nə yoxdur. Həyata keçirilən bu aksiya, ehtiyacı olan insanlar üçün həyat qədər vacib və önəmlidir. Bu cür aksiyaları mən hər zaman dəstəkləmiş və dəstəkləyəcəyəm».
Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilib.
Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR