Bank Of Baku

Türkiyənin ən məşhur ipək və kaşmir brendi Azərbaycanda mağaza açıb

Türkiyənin ən məşhur ipək və kaşmir brendi Azərbaycanda mağaza açıb
# 24 may 2010 07:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin ən məşhur ipək və kaşmir satan brendi «Silk & Cashmere» şirkəti Azərbaycanda mağazasını açıb. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin İdarə Heyətinin Sədri Ayşən Zamanpur bildirib.

«Silk & Cashmere»in Azərbaycanla yanaşı bu günlərdə Əlcəzairdə də mağaza açdığını qeyd edən A.Zamanpurun sözlərinə görə, şirkət dünyadakı böhrana baxmayaraq inkişaf edir. A.Zamanpur Əlcəzair və Azərbaycanın «Silk & Cashmere»in köhnə müştəriləri olduğunu bildirib.

Azərbaycanda «Silk & Cashmere»n «Türkiyənin ən dəbdəbəli markası» kimi tanındığını bildirən A.Zamanpur, Azərbaycanın da alıcılıq baxımından Türkiyə kimi bir bazar olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə kapitallı «Silk & Cashmere» şirkəti 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR