Bank Of Baku

Gəncədə keyfiyyətsiz məhsul istehsal edən 7 müəssisə aşkarlanıb

Gəncədə keyfiyyətsiz məhsul istehsal edən 7 müəssisə aşkarlanıb
# 24 may 2010 10:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Gəncə şəhərində yerləşən 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları son bir ay ərzində keyfiyyətsiz, standartların tələblərinə cavab verməyən məhsul istehsal edən 7 müəssisə aşkarlayıb. Bu barədə «APA-Economics»ə SMPDK-dən məlumat verilib.

Aparılan monitorinqlər zamanı Gəncə ş., H.Əliyev pr. 22 ünvanında fiziki şəxs Fəxrəddin İsmayılova məxsus qarğıdalı çubuqları, Gəncə şəhəri Dədə Qorqud küçəsində fiziki şəxs Ruhiyyə Quliyevaya məxsus qənd, Gəncə şəhəri, Avtozavod qəsəbəsində fiziki şəxs Aftandil Quliyevə məxsus qənd, noğul, Gəncə şəhəri Hərbi şəhərcikdə fiziki şəxs Musa Quliyevə məxsus qənd, eyni ərazidə fiziki şəxs Sevindik Zeynalova məxsus qənd, Goranboy rayonunda yerləşən, qazlı su və alkoqolsuz içki istehsal edən “Faxralı konserv” MMC-də, Ağstafa rayonu, H.Aslanov küçəsində yerləşən fiziki şəxs Elman Kərimova məxsus “Azərbaycan çörəyi” müəssisəsində standartlara cavab verməyən məhsul istehsalı aşkarlanıb.

Bütün hallarda təsərrüfat subyektlərinin rəhbərlərinə iradnamə, tələbnamə, məhsul partiyasının satışını, ölçmə vasitələrinin istismarını qadağan edən tələbnamələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR