Bank Of Baku

«Brand Award Azerbaijan» və «Luxury Brand Award» mükafatlarına dair internet səsvermə başlanıb

«Brand Award Azerbaijan» və «Luxury Brand Award» mükafatlarına dair internet səsvermə başlanıb
# 24 may 2010 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) və «Caspian Energy» Beynəlxalq Media Qrupu (IMG) «Brand Award Azerbaijan» və «Luxury Brand Award» mükafatlarına dair İnternet vasitəsilə səsvermənin başlandığını elan edib.

CEIBC-dən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində lüks brendlər «Luxury Brand Award» mükafatı ilə təltif olunacaq.

Ümumiyyətlə, mükafatlar istehlakçılar arasında daha populyar olan əmtəə mal və xidmət brendlərinə, habelə şirkət və təşkilatlara veriləcək. Mükafat ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərə veriləcək. Bunların arasında qida məhsulları, turizm, maliyyə-kredit təşkilatları və onların təklif etdikləri xidmətlər, pərakəndə şəbəkəsi, yük və sərnişin daşımaları, KİV, internet-layihələr, İKT sahəsi və digər şirkətlər mövcuddur.

Qalibləri www.brandaward.az saytında istehlakçılar müəyyənləşdirəcək. Sorğu bu ilin may ayının 24-dən noyabrın 24-dək keçiriləcək. Mükafatlandırma bu ilin dekabr ayının 9-da keçiriləcək. Hər hansı bir nominasiyada şirkətin qalib gəlməsi üçün şirkət ən azı 1 800 səs toplamalı olacaq.

Qeyd edək ki, «Caspian Energy Integration Award» mükafatının təşkilatçıları rolunda CEIBC və «Caspian Energy» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR