Bank Of Baku

Frankfurtda «Azərbaycan investisiyalar ölkəsidir» mövzusunda konfrans keçirilib

Frankfurtda «Azərbaycan investisiyalar ölkəsidir» mövzusunda konfrans keçirilib
# 25 may 2010 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Frankfurtda (Almaniya) «Qlobal biznes həftəsi» çərçivəsində «Azərbaycan investisiyalar ölkəsidir» mövzusunda konfrans keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi, Almaniyanın «Maleki Group» şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan və Avropa İttifaqı ölkələrindən rəsmi şəxslərlə yanaşı, iş adamları da iştirak edib.

Konfransda Azərbaycanı təmsil edən dövlət rəsmiləri, həmçinin İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Zaur Məmmədov ölkədə sahibkarlığın inkişafı, bu sahəyə davamlı dövlət dəstəyi, Azərbaycanın investisiya mühiti və biznes imkanları mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda istehsal olunan məhsulların sərgisi də təşkil edilib. Sərgidə «Azersun Holding», «Tovuz-Baltiya», «Gəncə Şərab-2», «Şərq Ulduzu» şirkətlərinin məhsulları, həmçinin İqtisadi İnkişaf, Sənaye və Energetika, Mədəniyyət və Turizm nazirliklərinin, ARDNŞ, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təbliğat materialları nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR