Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti İstanbulda işgüzar səfərdə olub

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti İstanbulda işgüzar səfərdə olub
# 25 may 2010 11:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Bu barədə «APA-Economics»ə ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Türkiyənin qabaqcıl biznes qurumları ilə əlaqələrin yaradılması, iki ölkənin iş adamları arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə İnvestisiya Dəstək və Təşviqat Agentliyi (TYDTA), Türkiyə Sənayeçilər və İş Adamları Dərnəyi (TÜSİAD) və Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) ilə görüşlər keçirilib. Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması haqqında razılıq əldə edilib.

TÜSİAD-da keçirilən görüşdə bankçılıq, qida sənayesi və digər qeyri-neft sahələri daxil olmaqla müxtəlif mövzularda fikir mübadiləsi aparılıb. Maraq göstərilən sahələr üzrə birgə fəaliyyətin göstərilməsi üçün mövcud imkanlardan və təcrübədən yararlanaraq bu əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR