Bank Of Baku

Bakıda «Məktəblinin biznes günü» adlı tədbir keçirilib

Bakıda «Məktəblinin biznes günü» adlı tədbir keçirilib
# 26 may 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda «Junior Achievement» təşkilatının «JA Məktəbli şirkətlər» layihəsinin 80 iştirakçısının 2010-cu ilin «Məktəblinin biznes günü» adlı tədbiri keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə «Junior Achievement» təşkilatının direktoru Vüsal Xanlarov bildirib ki, 2009-cu ilin noyabrında başlanan «JA Məktəbli şirkətlər» layihəsinə Bakı, İsmayıllı və Mingəçevirin 15 məktəbindən 80 şagird qoşulub.

«Layihədə yuxarı sinif şagirdləri müəllim və mentorların köməyi ilə sahibkarlığın əsasları və biznes planın tərtibatını öyrənirlər. Bugünkü tədbirdə məktəbli komandalar tərtib etdikləri biznes plan və nümunəvi məhsullarını münsiflər heyətinə təqdim edəcəklər. Layihənin qalibləri 5 nominasiya üzrə münsiflərin qərarı ilə seçiləcək» - deyə V.Xanlarov qeyd edib. Onun sözlərinə görə, tədbir «Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı» çərçivəsində təşkil olunub.

Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Statoil Abşeron” şirkətinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR