Bank Of Baku

Litvanın xarici işlər naziri: “Azərbaycanla Litva arasında iqtisadi mübadilə gələcəkdə daha intensiv ola bilər”

Litvanın xarici işlər naziri: “Azərbaycanla Litva arasında iqtisadi mübadilə gələcəkdə daha intensiv ola bilər”
# 27 may 2010 10:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan və Litva sahibkarıq sahəsində əməkdaşlıq imkanlarından tam şəkildə istifadə etmir və iki ölkə arasında iqtisadi mübadilə gələcəkdə daha intensiv ola bilər”. APA-nın Litva Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, bu bəyanatla dünən Vilnüsdə keçirilən Litva-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra bu ölkənin xarici işlər naziri Audronyus Ajubalis çıxış edib. Azərbaycan bazarının litvalı sahibkarlar üçün cəlbedici olduğunu deyən nazir hər iki ölkənin iş adamlarının turizm sahəsində bir sıra birgə layihələr keçirdiyini vurğulayıb: “Ümumdünya iqtisadi böhranına baxmayaraq ikitərəfli ticarətin həcmi azalmayıb, əksinə ötən il Litvadan Azərbaycana məhsul idxalı 15 faiz artıb”.
Qeyd edək ki, hökumətlərarası komissiyanın iclasının yekununda komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədov və Litvadan olan həmsədr, xarici işlər naziri Audronyus Ajubalis yekun protokol imzalayıblar. Protokolda iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika və mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR