Bank Of Baku

Samuxda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Samuxda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 27 may 2010 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Samuxda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 240-a yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində SKMF-ın güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və Fonda təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, sahibkarlara güzəştli kreditlərin alınması proseduru və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair məlumatlar təqdim edilib.

Tədbir zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Samux və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 388 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR