Bank Of Baku

Bu il Azərbaycanda alkoqollu içki və tütün məmulatları satan 300-dək ticarət obyektində monitorinq keçirilib

Bu il Azərbaycanda alkoqollu içki və tütün məmulatları satan 300-dək ticarət obyektində monitorinq keçirilib
# 27 may 2010 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin əvvəlindən Azərbaycanda alkoqollu içkilər və tütün məmulatları satılan 300-dək ticarət obyektində monitorinq keçirilib. Bu barədə «APA-Economics»ə Monitorinq Qrupunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyi çoxillik əkmələr, bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Elbrus Xəlilov məlumat verib.

E.Xəlilovun sözlərinə görə, monitorinqlər Bakı şəhəri və respublikanın digər rayonlarını əhatə edib. Ticarət obyektlərində keçirilən yoxlamalar zamanı spirtli içkilərin və tütün məmulatlarının sənədsiz satışı, alınan obyektlərdən müvafiq sənədlərin tələb olunmaması, gigiyenik sertifikatların olmaması və s. kimi nöqsanlar aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı həmin ticarət obyektləri barədə məlumatlar rayon vergi idarələrinə və icra hakimiyyətlərinə göndərilib.

E.Xəlilov dövlət başçısının tapşırığına əsasən bir aydan artıqdır monitorinqlərin dayandırıldığını qeyd edib. Monitorinqlərin nə zaman yenidən başlanacağı barədə qərarı isə Nazirlər Kabineti verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR