Bank Of Baku

Azərbaycan məhsulları Fransada nümayiş olunub

Azərbaycan məhsulları Fransada nümayiş olunub
# 27 may 2010 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Fransanın Aşağı Normandiya regionunda yerləşən Leql şəhərində 53-cü ənənəvi Beynəlxalq Yarmarka keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, müxtəlif ölkələrdən 150-dən çox rəsmi şəxsin və iş adamlarının iştirak etdiyi tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri təmsil edib.

Yarmarkada «Azərsun Holding», «Gəncə Şərab 2» ASC tərəfindən istehsal edilən zeytun yağları, Azərbaycan çayı, meyvə şirələri, şərab məhsulları, Azpromo-nun Azərbaycanın iqtisadi inkişafı, biznes mühiti və investisiya imkanlarına dair bukletləri nümayiş olunub.

Tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimat keçirilib, ölkənin iqtisadi inkişafı, potensial biznes və investisiya imkanları barədə geniş məlumat verilib. Təqdimat zamanı Azərbaycan mədəniyyəti, turizm imkanları və milli mətbəximizlə bağlı videoçarx nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR