Bank Of Baku

«Bəhrə» əmtəə nişanlı şirniyyatın üzərində yararlılıq müddətinin çox göstərildiyi aşkarlanıb

«Bəhrə» əmtəə nişanlı şirniyyatın üzərində yararlılıq müddətinin çox göstərildiyi aşkarlanıb
# 27 may 2010 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakının Səbail rayonu, Badamdar şosesi 1, ev 35 ünvanında fiziki şəxs Hikmət Hüseynova məxsus «Unikal» müəssisəsində aparılan yoxlama zamanı «Bəhrə» əmtəə nişanlı biskvit, keks və peçenyelərin üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətlərdən çox göstərildiyi aşkar edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, mövcud standartların tələblərinə əsasən, biskvitlərin maksimal saxlama müddəti 1 ay, kekslərin 15 gün, peçenyelərin isə 1 ay təşkil etdiyi halda, «Bəhrə» əmtəə nişanı ilə istehsal edilən məhsulların etiketlərində bu müddətlər müvafiq olaraq 4 ay və 6 ay göstərilib.

Bundan başqa, müəssisədə istehsal olunan məhsulların uyğunluq sertifikatlarının olmadığı aşkarlanıb.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən bu məhsulların istehsalının və satışının təxirə salınmadan dayandırılması, həmçinin ticarət şəbəkələrindən yığılması barədə sahibkar Hikmət Hüseynova icrası məcburi göstəriş verilmiş, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR