Bank Of Baku

Qax-Zaqatala bölgəsində yeyinti və içməli su məhsullarının istehsalı sahələrində yoxlama keçirilib

Qax-Zaqatala bölgəsində yeyinti və içməli su məhsullarının istehsalı sahələrində yoxlama keçirilib
# 28 may 2010 12:07 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 5 saylı ərazi dövlət nəzarəti idarəsi Zaqatala və Qax rayonlarının bir sıra yeyinti və içməli su məhsullarının istehsalı sahələrində nəzarət yoxlamaları keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna SMPDK-nin 5 saylı ərazi dövlət nəzarəti idarəsindən məlumat verilib.

Məlumata görə, SMPDK-nin 5 saylı ərazi dövlət nəzarəti idarəsinin müfəttişləri Zaqatala rayonunda «Aynur» firmasının pivə və çörək sexlərində, Məhəmməd Şabanova məxsuz çörək sexində və Qax rayonunda fəaliyyət göstərən «Çeşmə F.R.O» MMC-də istehsal olunan içməli su sexində yoxlamalar aparıb. Keçirilmiş yoxlamalar nəticəsində Zaqatala rayonunda pivə istehsalında markalanma, 0,5 litrlik butulkalarda markalanma düzgün olmayıb. Çörək istehsalında, çörəyin sertifikatı, istifadə olunan duzun mənşəyi bilinmir. Qax rayonunda isə içməli su istehsal sahəsində suyun sertifikatı yoxdur. Suyun markalanmasında, etiketdə 2007-ci il göstərildiyi aşkarlanıb.

SMPDK-nin 5 saylı ərazi dövlət nəzarəti idarəsindən APA-ya bildirilib ki, bölgədə fəaliyyət göstərən qida və içməli su məhsulları istehsal edən sexlərdə belə yoxlamaların keçirilməsi mütəşəkkil surətdə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR