Bank Of Baku

Azərbaycanda keçirilən növbəti monitorinq zamanı 300 kq-dək yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanda keçirilən növbəti monitorinq zamanı 300 kq-dək yararsız ərzaq məhsulları aşkarlanıb
# 31 may 2010 13:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Şərifzadə küçəsində Meyxanım Bağırovaya məxsus mağazada, Nəsimi rayonunda Mircəlal küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən «Çinar» restoranında, Suraxanı rayonunda Bülbülə qəsəbəsində İ.Məmmədov küçəsi,2 ünvanında yerləşən «Qəmər market»də, S.Bəhlulzadə küçəsində Tofiq Abdullayevə məxsus mağazada, S.Bəhlulzadə küçəsi, ev 49 ünvanında yerləşən «Aydın market»də, S.Bəhlulzadə küçəsində yerləşən 1 və 51 saylı mağazalarda, Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən 84 saylı mağazada, Gəncə şəhərində Ə.Gəncəvi küçəsi, 46 ünvanında yerləşən «Arzu market»də, Şabran şəhərində Avtovağzal ərazisində Rauf Orucova məxsus mağazada, Qəbələ şəhərində 28 May küçəsində Eldar Kərimova məxsus mağazada ümumi çəkisi 263 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, alkoqollu içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR