Bank Of Baku

Gəncə Avtomobil Zavodunda kommunal texnika istehsal olunacaq

Gəncə Avtomobil Zavodunda kommunal texnika istehsal olunacaq
# 01 iyun 2010 10:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Gəncə avtomobil zavodu kommunal texnika istehsalına başlayacaq. APA-nın məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, yaxın günlərdə Azərbaycana səfər edəcək prezident Aleksandr Lukaşenkonu müşayiət edəcək nümayəndə heyətinin tərkibinə Minsk Avtomobil Zavodunun (MAZ) baş direktoru da daxildir. Səfər çərçivəsində MAZ-la Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Diplomatın sözlərinə görə, həmin sənəd əsasında Gəncədə Almaniyanın «Haller» şirkətinin istehsal etdiyi mexanizmlərdən istifadə edilməklə zibilyığan maşınlar istehsal olunacaq. Əməkdaşlıq 10 il müddətinə nəzərdə tutulur. 2012-ci ilə kimi burada 200 kommunal maşının istehsal olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR