Bank Of Baku

Azərbaycanda yay mövsümü ilə əlaqədar sərinləşdirici içkilər, dondurma və ərzaq məhsulları istehsal edən müəssisələrə nəzarət gücləndirilib

Azərbaycanda yay mövsümü ilə əlaqədar sərinləşdirici içkilər, dondurma və ərzaq məhsulları istehsal edən müəssisələrə nəzarət gücləndirilib
# 01 iyun 2010 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yay mövsümü ilə əlaqədar sərinləşdirici içkilər, dondurma və ərzaq məhsullarının istehsalını həyata keçirən müəssisələrdə nəzarət tədbirlərini gücləndirib. «APA-Economics»in məlumatına görə, bunu dövlət komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, artıq aparılan yoxlamalar öz nəticəsini verir. Keyfiyyətli məhsul istehsalına yer verən müəssisələrin sayı çoxalır.

Komitə sədri ərzaq məhsullarının tərkibini və keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyanın tikilib istifadəyə verildiyini də qeyd edib. Bu laboratoriyada xaricdən idxal olunan məhsullar da yoxlanılır. R.Həsənov xaricdən idxal edilmiş ərzaq məhsullarının keyfiyyətində problemin olmadığını, yalnız bəzi hallarda istifadə müddəti bitmiş məhsullarla qarşılandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR