Bank Of Baku

Antiinhisar qanunvericiliyinin tələblərini pozan müəssisəyə maliyyə sanksiyası tətbiq edilib

Antiinhisar qanunvericiliyinin tələblərini pozan müəssisəyə maliyyə sanksiyası tətbiq edilib
# 01 iyun 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən biskvit, keks və peçenyelərin istehsalı ilə məşğul olan və antiinhisar qanunvericiliyinin tələblərini pozan müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının Səbail rayonu, Badamdar şosesi 1, ev 35 ünvanında yerləşən «Unikal» müəssisəsində aparılan yoxlama zamanı «Bəhrə» əmtəə nişanlı biskvit, keks və peçenyelərin üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi aşkar edilib, müəssisənin sahibi Hikmət Hüseynov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə sahibkar Hikmət Hüseynova 13,4 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR