Bank Of Baku

Saxlama müddəti ötmüş 13,6 ton peçenye və qalet satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 13,6 ton peçenye və qalet satışdan çıxarılaraq məhv edilib
# 02 iyun 2010 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ticarət şəbəkəsindən 13,6 ton saxlama müddəti ötmüş peçenye və qalet satışdan çıxarılaraq məhv edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar «Elvan» əmtəə nişanlı peçenye və qaletlərin satışının dayandırılması barədə «Elvan İrmak Qida Məhsulları» MMC-yə icrası məcburi göstəriş verilib.

Artıq saxlama müddəti ötdüyü üçün 13,6 ton «Elvan» əmtəə nişanlı peçenye və qaletlər qanunvericilikdə müəyyən edilmiş qaydada satışdan çıxarılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR