Bank Of Baku

Bakıda Türkiyə Tikinti və Maşınları Sərgisi keçiriləcək

Bakıda Türkiyə Tikinti və Maşınları Sərgisi keçiriləcək
# 03 iyun 2010 15:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyunun 17-dən 20-dək Bakıda Türkiyə Tikinti və Maşınları Sərgisi keçiriləcək. Bu barədə «APA-Economics» sərginin təşkilatçısı olan «Meridyen Fuarçılık Sanayi ve Ticaret» şirkətinə istinadən məlumat verilib.

Bakıdakı Heydər Əliyev İdman və Sərgi Kompleksində təşkil olunacaq sərgidə Türkiyə şirkətlərinin istehsalı olan tikinti avadanlıqları, boya və kimyəvi maddələr, elektrik və elektronik, gigiyenik təsisat, isitmə-soyutma və ventilyasiya, inşaat vəsaitləri, hovuz aksesuarları, mətbəx, qapı-pəncərə, izolyasiya, maşın və maşın ehtiyat hissələri sərgilənəcək.

Sərgidə neçə şirkətin iştirak edəcəyi barədə məlumatlar verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR