Bank Of Baku

Azərsun Akademiyası dövlət qeydiyyatına alınıb

Azərsun Akademiyası dövlət qeydiyyatına alınıb
# 04 iyun 2010 07:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Azərsun Akademiyası dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə may ayında dövlət qeydiyyatına alınmış Azərsun Akademiyası Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 92A, 2023-cü məhəllədə yerləşir.

Məhdud Məsuliyyətli Cəmiyyət formasında dövlət qeydiyyatına alınmış Azərsun Akademiyasının nizamnamə kapitalı 10 min manat təşkil edir, qanuni təmsilçisi isə Elçin Məmmədovdur.

«Azərsun Holdinq» Şirkətlər Qrupundan «APA-Economics»ə verilən məlumata görə, Akademiyanın yaradılmasında məqsəd şirkətin əməkdaşlarının təlim və təhsilini təşkil etmək, ixtisaslarını artırmaqdır. Ötən il şirkətin müəssisələrindən 7500 nəfər təlim kurslarında iştirak edib, şirkətin nümayəndələri bir ildə 30-a yaxın ölkələrdə təlimlərə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR