Bank Of Baku

«Park İnn» hotelinin adı dəyişdiriləcək

«Park İnn» hotelinin adı dəyişdiriləcək
# 05 iyun 2010 11:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Rezidor Hotel Group» şirkətinin prezidenti və icraçı direktoru Kurt Ritter bildirib. Onun sözlərinə görə, hazırda Avropa, Yaxın Şərq və Afrikada 140 « Park İnn» hoteli fəaliyyət göstərir ki, onların adı tədricən «Park İnn by Radisson»a dəyişdiriləcək: «Qüsursuz fəaliyyəti ilə dünyada tanınan «Radisson» brendi «Park İnn» hotelinə daha sürətlə inkişaf etməyə və yeni xidmətlərin göstərilməsində yüksək keyfiyyəti göstərməsinə imkan yaradacaq».

Bakıda fəaliyyət göstərən «Park İnn» hotelindən də adın dəyişdiriləcəyini təsdiqləyiblər. Hoteldən «APA-Economics»ə bildirilib ki, mehmanxananın adının dəyişdiriləcəyi tarix hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, «Radisson» hotelləri «Rezidor Hotel Group»una daxildir. «Park İnn» hotellərinin dünya üzrə hazırkı nömrə (otaq) fondu isə 26 min təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR