Bank Of Baku

Saxlama müddəti ötmüş 475 kq olan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 475 kq olan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 07 iyun 2010 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən «Honk-Konq» restoranında, Səbail rayonunda Y.Məmmədəliyev küçəsi, ev 19, mənzil 1 ünvanında yerləşən «Arabesque kafe»də, Xətai rayonunda Xocalı küçəsi, ev 16 ünvanında yerləşən «Zaur market»də, Nərimanov rayonunda Y.Çəmənzəminli küçəsi, ev 125 B ünvanında Əhməd Mahmudova məxsus mağazada, Y.Çəmənzəminli küçəsi, ev 123 A ünvanında yerləşən «Məhəllə market»də, F.Yusifov küçəsi, ev 16, mənzil 52 ünvanında yerləşən «Məhəllə market»də, Təbriz küçəsi, ev 108, mənzil 3 ünvanında yerləşən «Qönçə market»də, A.Nemətulla küçəsi, ev 85 ünvanında yerləşən «24 saat market»də, A.Nemətulla küçəsində Samir Sadıqova məxsus mağazada, Atatürk prospekti, ev 41/47 ünvanında Şahin Əliyevə məxsus mağazada, Ağdaş rayonunda M.Ə.Rəsulzadə küçəsində yerləşən «Üzünük market»də, Gədəbəy rayonunda Bazar ətrafında yerləşən «Qızıl Qaya market»də, Göygöl rayonunda Hacıkənd şosesində Elman Hacıyevə məxsus mağazada, Şəki rayonunda N.Nərimanov üçəsində Qurban Məmmədova məxsus mağazada, Füzuli rayonunda Bala Bəhmənli kəndində yerləşən «Elgün market»də, Bala Bəhmənli kəndində Səyavuş Orucova məxsus mağazada ümumi çəkisi 475 kq olan saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, balıq, konservləşdirilmiş məhsullar, un məhsulları, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR