İqtisadi İnkişaf Nazirliyi istehlakçılara “Səhliyalı”nın məhsullarını almamağı tövsiyə edir
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən “Səhliyalı” kiçik müəssisəsində istehsal olunan ət və süd məhsullarının, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammalın laborator müayinəsi zamanı “1000 bərəkət, halal nemət” və “BS” əmtəə nişanlı yağların tərkibinin normativ sənədlərin tələblərinə və etiket göstəricilərinə uyğun olmadığı müəyyən edilib. Belə ki, normativ sənədlərə və məhsulun etiket göstəricilərinə əsasən, müəssisə tərəfindən istehsal edilən qarışıq yağın tərkibində kərə yağının miqdarı 52,5% təşkil etdiyi halda, laborator müayinələr zamanı məhsulun tərkibində kərə yağı aşkar edilməyib.
Dövlət Xidməti tərəfindən davam etdirilən araşdırmalar zamanı müəyyən edilib ki, müəssisədə ət və süd məhsullarının istehsalında xammal kimi Ukraynada istehsal edilmiş “Bonus”, “Voloqodskiy” və “Popelyanskiy” nişanlı qarışıq yağlardan istifadə olunur. Etiket göstəricilərinə əsasən, kərə yağının miqdarı “Bonus” nişanlı yağda 25%, “Voloqodskiy” nişanlı yağda 30% və “Popelyanskiy” nişanlı yağda 40% təşkil edir. Lakin aparılmış laborator müayinələr nəticəsində kərə yağının “Bonus” və “Voloqodskiy” yağlarının tərkibində 2%-dən, “Popelyanskiy” yağının tərkibində isə 15%-dən az olduğu müəyyən edilmişdir. Beləliklə, tərkibində kərə yağı maksimum 15% təşkil edən Ukrayna mənşəli qarışıq yağların müəssisə tərəfindən 52,5% kərə yağlı məhsul kimi qablaşdıraraq, satışa çıxarıldığı aşkar edilib.
Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində qeydə alınmış resepturasına və etiket göstəricilərinə əsasən, müəssisədə istehsal edilən “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ bişmiş “Qaymaqlı”, “Doktorskaya EF” və “Sübh”, əla növ yarım hisə verilmiş “Krakovskaya EF” kolbasalarının, əla növ “Halal nemət” sosiskasının və əla növ “Səhər” sardelkasının istehsalında kərə yağından istifadə olunmalıdır. Lakin müəssisənin istehsalat sahəsinin anbarında yalnız tərkibində kərə yağı 2%-dən az olan “Voloqodskiy” nişanlı yağ aşkar edilib.
Beləliklə, həm süd, həm də ət məhsullarının istehsalı və satışı zamanı “Səhliyalı” kiçik müəssisəsi tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyən olunub.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Səhliyalı” kiçik müəssisəsində istehsal edilmiş ət və süd məhsullarını almamağı tövsiyə edir.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib