Bank Of Baku

«Səhliyalı» brendli məhsullarda xammal kimi istifadə olunan qarışıq yağın tərkibində bağırsaq çöpləri aşkar edilib

«Səhliyalı» brendli məhsullarda xammal kimi istifadə olunan qarışıq yağın tərkibində bağırsaq çöpləri aşkar edilib
# 08 iyun 2010 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Səhliyalı» kiçik müəssisəsində davam etdirilən araşdırmalar zamanı xammal kimi istifadə olunan Ukrayna istehsalı «Voloqodskiy» nişanlı qarışıq yağın tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həmçinin müəssisədə istehsal edilən «Halal qarışıq kərə yağı»nın, dovğanın, xamanın, ayranın, qatığın və pendirin tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib.

Bundan başqa, müəssisədə istehsal olunan ət məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq sertifikatının olmadığı da müəyyən edilib.

Müəssisədə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar ət və süd məhsulları istehsalının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə «Səhliyalı» müəssisəsinə icrası məcburi göstəriş verilib, müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR