Bank Of Baku

Bakıda «Biznesdə mükəmməlik üçün təhlillər» mövzusunda seminar keçirilib

Bakıda «Biznesdə mükəmməlik üçün təhlillər» mövzusunda seminar keçirilib
# 09 iyun 2010 09:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) bir qrup sahibkar üçün «Biznesdə mükəmməlik üçün təhlillər» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminar Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin Universitetin tərəfdaşı olan ABŞ-ın Corciya Dövlət Universitetinin professoru Satiş Nargundkarın rəhbərliyi ilə keçirilib.

Seminarda S.Nargundkar mövzu çərçivəsində davamlı təkmilləşmə, «Six sigma», «lean» və analiz üçün digər müasir ideya və təcrübələrdən danışıb.

Tədbirdə ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, mövzunun seçilməsinə təsir edən əsas amil son zamanlar dünyada biznesin inkişafında təhlil bacarıqlarının artan əhəmiyyəti olub. Onun sözlərinə görə, qlobal maliyyə böhranı şəraitində belə bir seminarın keçirilməsi təqdirəlayiqdir: «Eyni zamanda maliyyə böhranı şəraitində biznes strukturları müəyyən təhlillər aparmalıdırlar ki, böhran həmin şirkətlərin mənfəətinə təsir etməsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR