Bank Of Baku

Azərbaycan paytaxtında pirat DVD partiyası aşkarlanıb

Azərbaycan paytaxtında pirat DVD partiyası aşkarlanıb
# 09 iyun 2010 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə audiovizual sənaye məhsullarının satışı zamanı haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə daxil olmuş şikayət əsasında Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi,5 ünvanında Jenhui Jenqə (Zhenhui Zheng) məxsus mağazada audiovizual sənaye məhsullarının satışının qanunauyğunluğu yoxlanılıb. Yoxlama zamanı xarici ölkələrin istehsalı olan 5,7 min ədəd pirat DVD-lər aşkar edilərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq satışdan çıxarılıb və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.

Pirat DVD-lər satmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə yol verdiyinə görə Jenhui Jenq barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR