Bank Of Baku

Bakıda 8 tona yaxın yararsız keks məhv edilib

Bakıda 8 tona yaxın yararsız keks məhv edilib
# 09 iyun 2010 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 7,6 ton saxlama müddəti ötmüş keks və biskvit məmulatları məhv edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1, ev 35 ünvanında yerləşən «Unikal» yeyinti məhsullarının istehsalı müəssisəsində istehsal edilmiş «Bəhrə» əmtəə nişanlı keks və biskvitlərin satışının dayandırılması barədə müəssisənin sahibi Hikmət Hüseynova icrası məcburi göstəriş verilib. Artıq saxlama müddəti ötmüş 7,6 ton keks və biskvit qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR