Bank Of Baku

Gəncədə sahibkar və sahibkarlığa marağı olan qadınların yarmarkası təşkil ediləcək

Gəncədə sahibkar və sahibkarlığa marağı olan qadınların yarmarkası təşkil ediləcək
# 09 iyun 2010 15:05 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. İyunun 13-də Gəncə şəhərində Bakı şəhərindən gələcək sahibkar qadınlarla Qərb bölgəsində sahibkarlığa marağı olan qadınların yarmarkası təşkil ediləcək.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yarmarka Gəncədə fəaliyyət göstərən “Emon” hotelində təşkil ediləcək.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Məhsuldarlıq və Rəqabətə Davamlılıq Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Bakı şəhərindən 20-dən artıq sahibkar qadın, Qazax, Ağstafa, Tovuz və Samux rayonlarından isə sahibkarlığa marağı olan 50-dən çox gənc xanımın qatılması gözlənilir. Burada biznes sahəsində uğur qazanmış təcrübəli sahibkar xanım yeni biznes yaratmaq istəyən gənc xanımlara öz təcrübələrindən və rastlaşdıqları çətinliklərdən ətraflı danışacaqlar. Eyni zamanda dayanıqlı və davamlı biznesin necə yaradılması ilə bağlı öz fikirlərini də bölüşəcəklər.

Qeyd edək ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi cari ilin yanvar ayından etibarən qərb bölgəsində yerləşən 4 rayonda (Qazax, Tovuz, Ağstafa və Samuxda) gənc qadınlara Gənclərin Məşğulluğuna Dəstək proqramı çərçivəsində mərhələli şəkildə biznes təlimləri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR