Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 4 700-dən artıq müraciət daxil olub

İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 4 700-dən artıq müraciət daxil olub
# 09 iyun 2010 15:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 4 700-dən artıq müraciət daxil olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin may ayı ərzində Telefon Məlumat Mərkəzinə 760-a yaxın müraciət daxil olub.

Müraciətlər əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid digər məsələlərlə bağlı olub. Ümumilikdə isə Telefon Məlumat Mərkəzinə 2009-cu ilin sentyabr ayının 1-dən 2010-cu ilin iyun ayının 1-dək 4 700-dən çox müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturlar tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və nəticəsi barədə müraciətlərə məlumat verilib.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzi 2009-cu ilin sentyabrın 1-dən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi sahibkarlığa dövlət dəstəyinin səmərəsinin daha da yüksəldilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, iş adamlarının iqtisadi və hüquqi informasiya ilə təminatının yaxşılaşdırılması, həmçinin Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların suallarının qanunvericiliyə uyğun olaraq cavablandırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR