Bank Of Baku

Azərbaycanda karamel standartları qəbul edilib

Azərbaycanda karamel standartları qəbul edilib
# 10 iyun 2010 09:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) “Karamel. Ümumu texniki şərtlər” dövlət standartını qəbul edib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə təsdiqlənmiş AZS 439-2010 “Karamel. Ümumi texniki şərtlər” Dövlət standartı şəkərlə nişasta patkasının və ya invert siropunun bişirilməsindən 1,5-4% nəmliyi olan karamel kütləsi alınana qədər hazırlanan və ticarət şəbəkəsində realizə üçün nəzərdə tutulan şəkərli qənnadı məmulatına - karamelə şamil edilir.

Standartın tələbləri mülkiyyət forması və fəaliyyət növündən asılı olmayaraq, respublikada fəaliyyət göstərən müəssisələr, idarələr, təşkilatlar, sahibkarlıq fəaliyyətinin subyektləri olan vətəndaşlar üçün məcburidir.

Normativ sənəddə karamelin çeşidi, növləri, məhsul istehsalına aid texniki tələblər, fiziki-kimyəvi, mikrobioloji göstəricilər, qablaşdırma və markalanma, sınaq üsulları, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur. Karamelin saxlanma müddəti növündən asılı olaraq 15 gündən 9 ay müddətinə qədər müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR