Bank Of Baku

Azərbaycanda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun qəbul ediləcək

Azərbaycanda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun qəbul ediləcək
# 10 iyun 2010 11:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda yaxın zamanlarda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun qəbul ediləcək.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

K.İmanovun sözlərinə görə, artıq “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi üzərində aparılan işlər başa çatır və çox yaxın zamanda qanunun qəbul edilməsi gözlənilir. Əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsi məqsədilə İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual məcəllələrlə əlavələr və dəyişikliklər ediləcək.

Agentliyin nəzdində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” və “Online monitorinq lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi Mərkəzi” yaradılacaq. Hüquqi maarifləndirmə, əqli mülkiyyət mədəniyyətinin formalaşması və piratçılığın səviyyəsinin aşağı düşməsi məqsədilə agentliyin səlahiyyətləri çərçivəsində davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR