Bank Of Baku

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı növbəti regional seminar keçirilib

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı növbəti regional seminar keçirilib
# 11 iyun 2010 06:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə «Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı» çərçivəsində Mingəçevirdə «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, müvafiq dövlət qurumlarının regional bölmələri və USAID-in nümayəndələri, həmçinin sahibkarlar iştirak edib.

Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov Azərbaycanın ÜTT-yə üzvlüyü, milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

«Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı»nın nümayəndəsi və ekspertlər çıxış edərək ÜTT, quruma üzvlüyün Azərbaycana mümkün təsirləri, bu sahədə sahibkarların dəstəklənməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, «Azərbaycanın ÜTT-yə üzvlüyü və özəl sektor» mövzusunda ilk tədbir iyunun 8-də Zaqatalada keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR