Bank Of Baku

Azərbaycanda Korporativ İdarəetmə Məcəlləsi ilin sonunda qüvvəyə minəcək

Azərbaycanda Korporativ İdarəetmə Məcəlləsi ilin sonunda qüvvəyə minəcək
# 11 iyun 2010 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda Korporativ İdarəetmə Məcəlləsi qüvvəyə minəcək. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin rəhbəri xanım Karolina Brayt bildirib.

Onun sözlərinə görə, hazırda Məcəllə üzrə müvafiq işlər aparılır ki, bu da yay ayları ərzində davam edəcək. Daha sonra isə, yaz-qış mövsümündə işlər başa çatdırılacaq və bu ilin sonunadək sözügedən sənədin qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə IFC tərəfindən hazırlanan Məcəllənin tələblərinin icrası könüllü şəkildə həyata keçiriləcək. Lakin bu, sonda xarici investisiyaların cəlb olunması prosesində müsbət rol oynayacaq. Çünki gələcəkdə potensial xarici investorlar yerli şirkətləri məhz korporativ idarəetmə prinsiplərinə riayət olunması səviyyəsi əsasında qiymətləndirəcək. İstənilən şirkət Məcəlləyə əməl edə biləcək. Məcəllədən imtina edən şirkətlər isə bunu əsaslandırmalı olacaqlar.

Xatırladaq ki, hazırda IFC Azərbaycanda Korporativ İdarəetmə Layihəsini həyata keçir və artıq layihənin II fazasına start verilib. Layihəyə həmçinin SECO dəstək verir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və AİŞ çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR