Bank Of Baku

Moskvada “Çerkizov” bazarının sökülməsinə başlanıb

Moskvada “Çerkizov” bazarının sökülməsinə başlanıb
# 11 iyun 2010 10:35 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, yaxın iki həftə ərzində söküləcək 20 obyekt sırasında “AST-Trans Servis”ə məxsus avtoyuma məntəqəsi, kafe və anbarlar da var.

Yaxın günlərdə bazarın ticarət sıralarının da sökülməsinə başlanacaq. Obyektlərin sahibləri onları iyunun 2-nə qədər sökməyi vəd etsələr də, sözlərini yerinə yetirməyiblər.

Qeyd edək ki, “Çerkizov” bazarı məşhur azərbaycanlı iş adamı telman İsmayılova məxsus olub. Bazar 29 iyun 2009-cu ildə Rusiyanın müvafiq qurumları tərəfindən qapadılıb. Bazarın tam sökülməsi üçün dörd il vaxt tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR