Bank Of Baku

Daşkəsəndə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Daşkəsəndə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 11 iyun 2010 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Daşkəsəndə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması mövzusunda təqdimatla çıxış edib. Ş.Abdullayev 2010-cu il ərzində respublikanın 8 iqtisadi rayonu (27 inzibati rayon və şəhər) üzrə həmin inzibati ərazi üçün prioritet hesab olunan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün SKMF-in sahibkarlıq subyektlərinin layihələrinin qəbulunun davam etdirildiyini diqqətə çatdıraraq, sahibkarları layihələrdə fəal iştiraka dəvət edib.

«Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, sahibkarlara güzəştli kreditlərin alınması proseduru və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 458 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR