Bank Of Baku

«Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında» qanun layihəsinin Milli Məclisə təqdim olunması tövsiyə olunub

«Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında» qanun layihəsinin Milli Məclisə təqdim olunması tövsiyə olunub
# 12 iyun 2010 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən hazırlanmış və hökümətə təqdim olunmuş «Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında» qanun layihəsi müzakirə olunub.

SMPDK-dən «APA-Economics»ə verilən məlumata görə, qanun layihəsi məhsul, mal və xidmətlərin məcburi standartlarından təhlükəsizlik tələblərini müəyyən edən və icrası məcburi olan texniki reqlamentlərə və könüllü standartlara keçidi təmin edir.

Həmçinin layihədə təhlükəli məhsullara nəzarətin Avropa Birliyi prinsipləri əsasında qorunması, uyğunluğun qiymətləndirilməsi modulları öz əksini tapıb.

Müzakirədə komitənin texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev qanun layihəsi haqqında ətraflı məlumat verib. Bir sıra dövlət qurumlarının iştirakı ilə keçirilən müzakirədə qanun layihəsi yüksək qiymətləndirilib, Milli Məclisə təqdim olunması dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR