Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi Aran regionun sahibkarları ilə görüş keçirib

İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi Aran regionun sahibkarları ilə görüş keçirib
# 12 iyun 2010 12:38 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. İyunun 12-də Göyçay şəhərində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: sahibkarlıq subyektlərində səmərəli idarəetmə və risklərin minimumlaşdırılması” mövzusunda konfrans keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin rəhbər şəxsləri Göyçayda fəaliyyət göstərən “Göyçay-Süd” ASC və “AzNar” QSC-nin zavodlarına baş çəkib, oradakı istehsal prosesi ilə yaxından tanış olublar. Qonaqlar “Paralel” MMC-nin Göyçay Soyuducu Anbar Kompleksinin inşası ilə də maraqlanıblar.

Aran iqtisadi rayonu üzrə 300-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR